Ər-Riyadda azərbaycanlı sumoçuların da iştirak etdiyi ümumdünya etno festival başa çatıb
Ər-Riyadda azərbaycanlı sumoçuların da iştirak etdiyi ümumdünya etno festivalına yekun vurulub.

Yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparıblar.

İdmançılarımız turnirdə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanovun rəhbərliyi ilə iştirak edib. Azərbaycan idmançılarından Camal Feyziyev mas-reslinq, sərbəst və kəmər güləş növlərində, Vasif Səfərbəyov isə milli güləşdə birlikdə 4 bürünc medal qazanıblar.

Qeyd edək ki, görüşlərin idarə olunmasında ölkəmizi Məmmədvəli Mustafayev, Rəsul Həsənov və Fikrət Məlikov təmsil edib.

AZƏRTAC

Xəbər 967 dəfə oxundu.