Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
Azərbaycan Texniki Universitetinin İdman Sarayında Əməkdar məşqçi Lado Mehdiyevin xatirəsinə həsr olunmuş "Təhsil" Respublika İdman Mərkəzinin açıq birinciliyinə yekun vurulub.

Azsport.az Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, 120-dən çox badmintonçunun 5 kateqoriya üzrə qalibləri müəyyənləşdirdiyi turnirdə 3 yaş qrupu üzrə mükafatçıların adları müəyyənləşib.

Qeyd edək ki, yarışda qaliblər diplom və medallarla təltif olunub.

Xəbər 939 dəfə oxundu.