“Zirə”nin kapitanı Azərbaycan çempionatının XXI turunun ən yaxşı futbolçu seçilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, “Zirə”nin yarımmüdafiəçisi və kapitanı Bilal Həmdi turun ən yaxşı futbolçusu seçilib.

“Keşlə” komandası ilə görüşdə 90 dəqiqə meydanda olan Bilal Həmdi komandasının qələbəsində vacib rol oynayıb. Araşdırmalara əsasən, Bilal Həmdi turun ən yaxşı indeksə malik futbolçusudur.

Xəbər 912 dəfə oxundu.