Matçlar eyni vaxtda başlayacaq
Unibank Premyer Liqasında son 2 turun oyunları eyni vaxtda başlayacaq. İdman.com.az saytının məlumatına görə, yarışın təşkilatçısı Peşəkar Futbol Liqası Premyer Liqa və əvəzedici komandaların çempionatının XXXI və XXXII turlarının, həmçinin I Divizionun XXIX və XXX turlarının bütün oyunlarının eyni vaxtda başlamasına qərar verib. Bu addım Yarışların Əsasnaməsinin 3.17 bəndini, həmçinin idman prinsiplərini nəzərə alaraq atılıb. Qarşılaşmaların hamısının başlama vaxtı 17:30-a təyin olunub.

Xəbər 916 dəfə oxundu.