Pauerliftinq üzrə açıq Azərbaycan çempionatına yekun verilib
“Zirvə” idman kompleksində keçirilən pauerliftinq üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.

Çempionatda 15 rayonu təmsil edən 20 klubun heyətində 150-yə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparıb. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran təmsilçiləri də mübarizəyə qoşulublar.

Turnirin yekun nəticələrinə görə, Əhəd Zəbiyev (52 kq), Nuru Şahverdiyev (56 kq), Elmir Tarverdiyev (60 kq), Elvin Müzəffərov (67,5 kq), Rövşən Xəlilov (75 kq), Nihat Quliyev (82.5 kq), Kamran Lazımov (90 kq), Ramil Əhmədov (100 kq), Elmin Niftəliyev (110 kq), Razim Hüseynov (125 kq), Teymur Əhədov (140 kq), Fuad Süleymanov (+140 kq) birinci yeri tutublar.

Qaliblər federasiya tərəfindən diplom və medallarla təltif olunub.

Xəbər 1205 dəfə oxundu.