“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində xeyriyyə yarmarkası keçirildi
Bu gün Bakı Avropa Liseyində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində xeyriyyə yarmarkası keçirildi.

Yarmarkada Azərbaycan və Norveç mədəniyyəti, mətbəxi, tarixi və adət-ənənələri ilə tanışlıq, konsert proqramı və şahmat oyunu daxil idi.

Tədbirdə Milli Olimpiya Komitəsinin, Təhsil Nazirliyinin və digər qurumların nümayəndələri ilə yanaşı beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova iştirak etdi.

Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi təşkilatçılığı, Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, həmçinin Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin köməkliyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.

Xəbər 713 dəfə oxundu.