“Bahar” beynəlxalq şahmat festivalı başa çatıb
Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən “Bahar” beynəlxalq şahmat festivalına yekun vurulub.

Yarışın qalibi 7,5 xal toplayan Fərid Cəfərzadə olub. Onunla eyni xalı toplayan Xan Əliyarlı əlavə göstəricilərə görə ikinci pilləyə layiq görülüb. Üçüncü yerə isə Röya Müslümzadə layiq görülüb. İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət yarışda 70 nəfər mübarizə aparıb.

Qalib və mükafatçılara fəxri fərman, diplom və hədiyyələr təqdim edilib.

Xəbər 757 dəfə oxundu.