Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Litva yığması itki ilə üzləşib
Futbol üzrə Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Litva yığması itki ilə üzləşib.

“Trakay”ın müdafiəçisi Valdemar Borovski “Jalgiris”lə matçda zədələnib. Litva yığmasının məşqçilər korpusu futbolçunun adını Azərbaycan ilə keçiriləcək oyun üçün açıqlanmış sıyahıdan çıxarıb. Onun əvəzinə yığmaya “Kauno Jalgiris”in üzvü Egidius Vaytkunas dəvət olunub.

Qeyd edək ki, Azərbaycan-Litva oyunu martın 25-də “Bakcell Arena”da keçiriləcək.

Xəbər 826 dəfə oxundu.