“Sumqayıt” futbol klubunun nəzdində futzal məktəbi fəaliyyətə başlayır
“Sumqayıt” futbol klubunun nəzdində futzal məktəbi fəaliyyətə başlayır. Bu məqsədlə seleksiya xarakterli məşqlərə start veriləcək.

Seçimlər hər həftənin 1-ci və 4-cü günləri Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Məşqlərdə 8-14 yaşarası futzalçılar iştirak edə biləcəklər. “Sumqayıt” futzal məktəbinə Baba Əsgərov rəhbərlik edəcək.

Qeyd edək ki, bu, Azərbaycan Premyer Liqasında çıxış edən klubların nəzdində fəaliyyət göstərəcək ilk futzal məktəbidir.

Xəbər 953 dəfə oxundu.