Astarada savate döyüş növü üzrə rayon açıq turniri keçirilib
Martın 16-17-də Astara Olimpiya İdman Kompleksində vətənimizin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinə həsr olunmuş savate (fransız boksu) döyüş növü üzrə Astara rayon açıq turniri keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev savate döyüş növünün Astara rayonunda ilk dəfə keçirildiyini bildirib. O, yarışın məqsədinin gənclərdə vətənpərvərlik tərbiyəsinin təbliği və tərənnüm edilməsi, savate idman növünün kütləviliyinin inkişaf etdirilməsi olduğunu vurğulayıb.

Qeyd edək ki, yarışda Astara rayonundan 3, Lənkərandan 1, Bakı şəhərindən 5 komanda iştirak edib. Yarışın sonunda müxtəlif çəki dərəcələrində yer tutan idmançılar diplom və medallarla təltif olunublar.



Xəbər 825 dəfə oxundu.