Sərbəst güləş üzrə Rusiya millisi dünya kuboku yarışlarının qalibi olub
Sərbəst güləş üzrə Rusiya millisi dünya kuboku yarışlarının qalibi olub.

Yakutskda təşkil olunan yarışın finalında Rusiya və İran güləşçiləri üz-üzə gəliblər. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Rusiya dünya kuboku yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Üçüncü yer uğrunda görüşdə ABŞ millisi Yaponiyanı 6:4 hesabı ilə məğlub edib.

Qeyd edək ki, sonuncu dəfə Rusiya millisi 2011-ci ildə dünya kuboku yarışlarının qalibi olub.

Xəbər 884 dəfə oxundu.