Azərbaycanlı sumoçu ümumdünya etno festivalında üçüncü bürünc medalını qazanıb
Sumoçumuz Camal Feyziyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında üçüncü bürünc medalını qazanıb.

18 yaşlı idmançımız sərbəst güləş yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Otuz iki idmançının qatıldığı yarışda Şri-Lanka, Rusiya və Belarus təmsilçilərinə qalib gələn C.Feyziyev yarımfinalda qırğızıstanlı güləşçiyə məğlub olub.

Bu, C.Feyziyevin festivalda üçüncü bürünc medalı olub. O, bundan əvvəl mas-reslinq və kəmər güləşi yarışlarında bürünc medallara layiq görülüb.

Xəbər 732 dəfə oxundu.