“Baku Open” beynəlxalq turnirində gənclər arasında qaliblər müəyyənləşib
“Baku Open” beynəlxalq turnirində gənclər arasında qaliblər müəyyənləşib.

Gənc oğlanlar arasında kumite üzrə Fərid Əbdülkərimov (55 kq), Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq, hamısı azərbaycanlı) və Rusiya təmsilçisi Maksim Qayvorinski (+75 kq) qalib olublar. Qızların yarışlarında isə Mədinə Sadıqova (48 kq), Aytac Vəliyeva (53 kq, hər ikisi azərbaycanlı), Siyzen Sinçovska (59 kq, Ukrayna), Humay Həsənli (+59 kq, Azərbaycan) ilk yerə layiq görülüblər.

Kumite üzrə 21 yaşadək oğlanlar arasında Ekrem Altunar Yılmaz (60 kq, Türkiyə), Ali Güney (67 kq, Türkiyə), İvan Kemin (75 kq, Rusiya), Halit Muhammed Tamyuksel (84 kq, Türkiyə), Omer Faruk Arslan (+84 kq, hər ikisi Türkiyə) bütün rəqiblərini məğlub ediblər. Qızların mübarizəsində isə Fidan Teymurova (50 kq), İnci Əzizova (55 kq, hər ikisi azərbaycanlı), Syu Sinçukovskaya (61 kq, Ukrayna), Samane Momeni (68 kq, İran), Kəmalə Hüseynova (+68 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Kata üzrə gənc oğlanlar arasında azərbaycanlı karateçi Həsənəli Həsənov, 21 yaşadək gənclər arasında isə Türkiyə təmsilçisi Selahetdin Güngel qalib olub.

Yarışlar davam edir. Turnirə martın 17-də yekun vurulacaq.

Xəbər 1158 dəfə oxundu.