Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası tarixində ilkə imza atıb
Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası tarixində ilkə imza atıb.

Bakıda keçirilən kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kubokunun sərbəst yarışlarda çıxış edən təmsilçimiz proqramını xüsusi hazırlanmış qapalı geyimdə icra edib.

Proqramını “Sarı gəlin” xalq mahnısının sədaları altında yerinə yetirən gimnastımızın geyimi azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Xəbər 866 dəfə oxundu.