“Baku Open” beynəlxalq karate turniri davam edir
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən “Baku Open” beynəlxalq karate turniri davam edir.

Martın 15-də - yarışların ikinci günündə 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar.

Yarışda Azərbaycan ilə yanaşı, 14 ölkədən 1200-dən çox karateçi mübarizə aparır. Martın 16-da 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr, sonuncu gün – martın 17-də isə 6-11 yaşadək karateçilər döyüşəcəklər.

Xatırladaq ki, martın 14-də fərdi kata və kumite üzrə böyüklər və 35 yaşdan yuxarı veteranlar arasında yarışların qalibləri müəyyənləşib.

Xəbər 926 dəfə oxundu.