Dik Advokatın gedişi təsdiqlənib
Millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının baş məşqçisi Dik Advokatın postundan gedişi dəqiqləşib. İdman.com.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Rusiya Futbol İttifaqı (RFİ) ilə bu ilin iyulun 15-də başa çatan müqaviləsini uzatmayacağını sabah günün ilk yarısında açıqlayacaq. Bununla da Advokat bu il iyununda Polşa və Ukraynada keçiriləcək final mərhələsindən sonra ruslarla yollarını ayıraraq, millimizi çalışdıran almaniyalı həmkarı Berti Foqtsla görüşə gəlməyəcək.

Qeyd edək ki, Rusiya Azərbaycanla ilk oyununu bu ilin oktyabrın 16-da evdə, cavab oyununu 2013-cü ilin oktyabrın 15-də səfərdə keçirəcək.

Xəbər 1061 dəfə oxundu.