Bakıda 21 yaşadək futbolçulardan ibarət millimizin təlim-məşq toplanışı olacaq
Martın 16-dan 26-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, toplanış zamanı U-21 martın 23-də "Səbail", üç gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək.

Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək və saat 15:00-da başlayacaq.

Xəbər 908 dəfə oxundu.