Azərbaycan taekvondoçuları qitə çempionatında
Azərbaycan milli komandası Avropa çempionatına yola düşüb. Taekvondo federasiyasından idman.com.az saytına verilən məlumatına görə, Böyük Britaniyanın Mançester şəhərində qitəmiqyaslı yarışda 14 dayanq ustamız iştirak edəcək. Seçmə komandanın baş məşqçisi Ələkbər İmaməliyev kişilərdən ibarət 8 nəfərlik heyətə Mikayıl Əliyevi (54 kq), Samir Aydınov (58 kq), Ramik Nəzərov (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Fərid Tağızadə (87 kq,) Ramin Əzizov (80 kq) və Aydın Bəhməlovu (+87 kq) cəlb edib.

Qadınların baş məşqçisi Sun Mi Park isə Xəyalə Quliyevaya (46 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayevaya (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizovaya (67 kq) şans verib.

Mayın 2-də Avropa Taekvondo Birliyi (ETU) İcraiyyə komitəsinin iclasında, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse prezidenti və ETU-nun vitse presidenti Füzuli Musayev iştirak edəcək. Artıq Mançesterdə olan seçmə komandamız iki günlük yüngül məşqlərin ardından, 3-6 may tarixlərində yarışa qatılacaq. Taekvondoçularımız ayın 8-də Bakıya qayıdacaqlar.

Xəbər 1135 dəfə oxundu.