Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının püşkatma mərasimi keçirilib
Martın 13-də Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına gəlmiş nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib.

Görüş zamanı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə yarış iştirakçılarının sayının artdığını deyib.

O əlavə edib ki, yarış 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək.

Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Kim Daudell və kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Ceff Tomson yarışın təşkilində görülmüş işə görə Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Milli Gimnastika Arenasında keçiriləcək və 41 ölkədən gimnastların çıxış edəcəyi kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarının püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, dünya kuboku yarışları martın 14-dən 17-dək keçiriləcək.

Xəbər 832 dəfə oxundu.