Azərbaycanda aykido üzrə beynəlxalq seminar keçiriləcək
Aprelin 13-14-də Azərbaycan Aykido Federasiyasının (AAF) prezidenti Fərhad Ələsgərovun rəhbərliyi ilə respublika seminarı keçiriləcək.

AAF-dan bildiriblər ki, Azərbaycan Aykido Mərkəzində keçiriləcək seminara respublikanın bir çox bölgələrindən 150 nəfər, o cümlədən Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkaran, Astaradan idmançı və məşqçilər qatılacaqlar. Seminarda Azərbaycandan başqa, Fransa, Türkiyə və İrandan olan nümayəndələrin də iştirakı gözlənilir.

Xəbər 851 dəfə oxundu.