Şahmat üzrə paytaxt birincilikləri başa çatıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2009–2010-cu il təvəllüdlü oğlan və qızlar arasında şahmat üzrə paytaxt birincilikləri başa çatıb.

Respublika Şahmat Mərkəzində keçirilən yarışda 64 zəka sahibi (27-si qız) iştirak edib.

Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilib.

Oğlanların yarışında Tunar Davudov 8 xalla birinci olub. Qızların mübarizəsində isə 8,5 xalla Suada Abaszadə qızıl medal qazanıb.

Yarışda ilk üçlükdə qərarlaşan şahmatçılarla yanaşı, oğlanlar arasında dördüncü, qızların mübarizəsində isə 4-5-ci pillədə qərarlaşan idmançılar mayın 14-də keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.

Yarışda Ömər Qədirli 5,5 və Emil Mirzəyev isə 5 xal toplayaraq birinci dərəcə normasını yerinə yetiriblər.

Birincilikdə ilk üç yeri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 719 dəfə oxundu.