“Səbail”in futbolçusu Moldova millisinə dəvət alıb
Bakının “Səbail” klubunun futbolçusu Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.

Moldova millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa və Türkiyə yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, martın 22-də Zimbru şəhərində Fransanı qəbul edəcək Moldova yığması üç gün sonra Eskişeherdə Türkiyənin qonağı olacaq.

Xəbər 887 dəfə oxundu.