Muay-tay üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə paytaxt çempionatı keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, çempionatda 11 klubdan 200-ə yaxın idmançı mübarizə aparıb.

Yekun nəticələrə əsasən, Rəvan Ağazadə, İmran Dadaşov, Natiq Əliyev, Tural Allahverdiyev, Rüfət Əhmədov, Hafiz Qafarov, Elşən İmanov, Tahir Nəsibli, Murad Nuruzadə, Süleyman Adgözəlli və Əli Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.

Xəbər 922 dəfə oxundu.