Ağstafada kikboksinq üzrə açıq birincilik keçirilib
Ağstafa rayonunda Qarabağ şəhidlərinin xatirəsinə həsr edilmiş kikboksinq üzrə açıq birincilik keçirilib.

Yarışda 13 rayondan 225 idmançı iştirak edib.

Yekun nəticələrə görə, ilk üçlükdə Gəncə, Samux və Bərdə komandaları qərarlaşıblar.

Qalib komandalara fəxri fərman, diplom və medallar təqdim olunub.

Xəbər 961 dəfə oxundu.