FIFA nümayəndələrinin səfəri başa çatıb
FIFA nümayəndə heyətinin Azərbaycana növbəti səfər proqramı «Hilton» mehmanxanasında keçirilmiş iclasla yekunlaşıb. İdman.com.az saytının məlumatına görə, iclasda FIFA nümayəndə heyətinin üzvləri Oliver Vogt, Nerico Digues, Monika Huser, Diertmar Eufinger, Kim Yew və Mathew Harding FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin üzvləri ilə görüşüblər.

Səfər ərzində baxış keçirilmiş stadionların ümumi vəziyyəti, tikinti işləri və dünya çempionatı üçün hazırlığın gedişatı ilə bağlı iclasda müzakirələr aparılıb. Hər iki tərəfin sıx əməkdaşlığı nəticəsində görülmüş uğurlu işlərdən əlavə, həyata keçiriləcək çox tədbirlərin ümumi planı nəzərdən keçirilib.

Xəbər 871 dəfə oxundu.