Dünya çempionatında Azərbaycan şahmatçıları Hindistan yığması ilə mübarizə aparırlar
Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatının yeddinci turunun oyunları keçirilir.

Azərbaycan komandası növbəti oyununu Hindistan yığmasına qarşı keçirir. Arkadi Naydiç Başkaran Adhiban, Qədir Hüseynov Krişnan Sasikiran, Eltac Səfərli Surya Qanquli, Nicat Abbasov Panayapan Setxuramanla qüvvəsini sınayır.

Yeddinci turda Çin-İsveç, Qazaxıstan-İran, ABŞ-Rusiya, İngiltərə-Misir görüşləri keçirilir.

Xəbər 756 dəfə oxundu.