“Sumqayıt” Futbol Akademiyasına seçimlər davam edir
“Sumqayıt” Futbol Klubunun Akademiyasına 8-15 yaş arası futbolçuların seleksiyası davam edir.

Ötən həftədən start götürən seçimlər hər həftənin 1-ci, 3-cü və 5-ci günləri, saat 09:00-dan 11:00-a qədər “Kapital Bank Arena”da, şənbə günləri isə Sumqayıt Olimpiya Kompleksinin meydançasında saat 17:00-dan etibarən keçirilir. Seçimlərdə məşqçilərin diqqətini cəlb edəcək futbolçular "Sumqayıt" FK-nın Akademiyasına cəlb olunacaq.

Xəbər 957 dəfə oxundu.