Qazaxıstandan gümüş medal
Stolüstü tennis üzrə Azərbaycan yığması Qazaxıstanın Çimkənt şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edir.

Qadınların komanda yarışlarında yığmamızın üzvləri Məryəm İmanova və Nəzakət Qarayeva gümüş medal qazanıblar.

Qazaxıstanın Milli Qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunmuş turnirə martın 13-də yekun vurulacaq.

Xəbər 983 dəfə oxundu.