Futzalçılarımız Avropa çempionatının əsas mərhələsinə Bakıda hazırlaşacaqlar
Avropa çempionatının əsas mərhələsinə hazırlaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesinə Vladislav Reznov, Niyaz Əhmədov, İqbal Pənahov, Tofiq Hüseynov, Turan Əhmədov, Rauf Rüstəmov, Nurlan Mehdizadə, Hüseyn Qarayev, Kənan Əsədli, Ceyhun Nuriyev, Nicat Quluzadə, Rafael Mütəllimov, Fuad Məmmədzadə və Hüseyn Abutalıbov dəvət olunub.

Xəbər 893 dəfə oxundu.