Respublika Şahmat Mərkəzində reytinq turniri keçiriləcək
Martın 16-da Respublika Şahmat Mərkəzində şahmat üzrə reytinq turniri start götürəcək.

Yarışa birinci, ikinci dərəcəli və beynəlxalq əmsalı 2 minə qədər olan idmançılar qatıla biləcəklər.

Doqquz oyundan ibarət olacaq yarışın nəticələri beynəlxalq reytinq hesablanması üçün Beynəlxalq Şahmat Federasiyası, milli reytinq hesablanması üçün Azərbaycan Şahmat Federasiyasına göndəriləcək.


Xəbər 848 dəfə oxundu.