Qaxda “Qızlar futzal kuboku” turniri keçiriləcək
Martın 13-14-də Qaxda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçiriləcək.
Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində keçiriləcək yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun təşkil olunacaq. Növbəti gün isə play-off mərhələsinin oyunları keçiriləcək.

UEFA-nın dəstəyi ilə keçiriləcək turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunacaqlar. İlk üç yeri tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.

Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda təşkil olunub.


Xəbər 878 dəfə oxundu.