Sərbəst güləşçilərimiz Avropada dördüncü olublar
Sərbəst güləş üzrə Azərbaycan milli komandası Serbiyanın Novi Sad şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında dördüncü olub.

Qitə birinciliyini 4 bürünc medalla başa vuran sərbəst güləşçilərimiz 72 xal toplayıblar.

Birinci pillədə 209 xalla Rusiya millisi qərarlaşıb. 132 xalla Türkiyə ikinci, Ukrayna isə 110 xalla üçüncü pillədə yer alıblar.

İyirmi altı ölkədən idmançıların mübarizə apardığı çempionatda sərbəst güləşçilərin yarışında Əsgər Məmmədəliyev (61 kq), Davud İbrahimov (70 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) bürünc medal qazanıblar.

Xəbər 725 dəfə oxundu.