Messi ata olmağa hazırlaşır
Müasir dünya futbolunun ən parlaq iki ulduzundan biri olan argentinalı Lionel Messi ata olmağa hazırlaşır. İdman.com.az saytının məlumatına görə, Madrid «Real»ının qolçusu artıq iki ildir ki, Antonella Rausso ilə görüşür. Onların ümumi tanışlığı hələ uşaqlıq illərinç gedib çıxır. Hər ikisinin uşaqlığı Rosarioda keçib və Messi Antonellanın əmisi oğlu ilə dost olub.

İki gəncin münasibətləri cütlüyün üçlüyə çevrilməsinə aparır. Artıq bu payızda onların övladı dünyaya gələcək.
Messi Tvitterdə bu barədə yazıb: «Bəli, biz uşaq gözləyirik. Antonella hamilədi və 11-ci həftəsindədi. Bir neçə gündən sonra 3 ay olacaq».

Xəbər 952 dəfə oxundu.