Bakı şəhər, kənd və qəsəbələrin payız/yaz birinciliyi davam edir
Bakı şəhər kənd və qəsəbələrin payız/yaz birinciliyi davam edir. Bu dəfə komandalar arasında baş tutan 9-cu turun oyunları böyük marağa səbəb olub. Qobustan-Azəri futbol komandaları arasında baş turan yarışda Qobustan komandası 3:1 hesabı ilə qalib gəlib.

Müşfiq-Hunters qarşılaşmasında üstünlük Müşfiq komandasının olub (4:1). Qardaşlar-Hövsan komandalarının oyununda hesab 11:1, Stern Binə-Gənclər birliyi 3:0 olub.

9-cu turun ən məhsuldar oyunçusu 13 topla Müşfiq komandasından Cavidan Baxışlı olub.

Qeyd edək ki, turun keçirilməsində məqsəd təcrübəli futbolçuların diqqət və köməyi ilə futbolçuların oyun səviyyəsini inkişaf etdirmək, komandalarda prespektivli futbolçular yetişdirməkdir.




Xəbər 827 dəfə oxundu.