Tokio Yay Olimpiya Oyunlarına biletlərin satışına bu ilin iyunundan başlayacaq
2020-ci ildə Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunlarının biletləri satışına iyunun 14-dən başlayacaq.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, biletlərin satışı qrafiki “Tokio-2020”-nin Asiya Olimpiya Şurasının Baş Assambleyasına təqdimatı mərasimində açıqlanıb. Yaponiyada biletlərin aprelin sonunda –“qızıl həftə” bayramı zamanı yerli əhali üçün satışa veriləcəyi gözlənilir.

Biletlərin xaricilər üçün satışına iyunun 14-də başlayacaq. Həmin gün Tokioda “Tokio-2020” biletlərinin surətinin çıxarılması və saxtalaşdırılmasını qadağan edən qanun qüvvəyə minəcək. Yeni qanuna görə, göstərilən hərəkətlərə görə bir ilədək azadlıqdan məhrumetmə və ya 9 min dollar cərimə, yaxud hər ikisi birlikdə olmaqla cəza tətbiq edilə bilər.

Qeyd edək ki, “Tokio-2020” Olimpiadasının ən bahalı biletləri açılış və bağlanış mərasimlərinə olacaq (300 min yen). Böyüklər üçün ən ucuz bilet 2500 yen, yaşlılar, uşaqlar və fiziki imkanları məhdud şəxslər üçün isə 2 020 yen olacaq.


Xəbər 1000 dəfə oxundu.