Tokio 2020-də bütün məkanlarda siqaret çəkmək və elektron siqaretdən istifadə qadağan olunacaq
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarının bütün məkanlarında siqaret çəkmək və elektron siqaretdən istifadə qadağan olunacaq.

Azsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilatçılar siqaret çəkmək üçün nəzərdə tutulan xüsusi yerləri də ləğv etməyi planlaşdırırlar. "Tokio-2020"nin Təşkilat Komitəsindən bildirilib ki, ölkənin qanunu və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) təlimatına əsasən, idmançılar, tamaşaçılar, vəzifəli şəxlərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bu qərar qəbul olunub.

Xəbər 845 dəfə oxundu.