Ağır atletimiz Las-Veqasda keçirilən dünya birinciliyində bürünc medal qazanıb
ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında dünya birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasındabildiriblər ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər.

Yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov (67 kq) təkanla qaldırma hərəkətində 143 kiloqram nəticə göstərib. O, bu nəticə ilə yeddinci yeri tutub.

Toplam 264 kiloqram (121+143) nəticə göstərən R.Qasımov yekun sıralamada beşinci pillədə qərarlaşıb.

Xəbər 899 dəfə oxundu.