Azərbaycan cüdoçuları Çexiyada təlim-məşqləri davam etdirirlər
Azərbaycanın cüdo millisi Çexiyanın Nimburq şəhərində təlim-məşq toplanışındadır.

Hazırlıq məşqlərində Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Zelim Kotcoyev (100 kq) və digər lider cüdoçular iştirak edirlər.

Təlim-məşqlərə Azərbaycan komandası ilə yanaşı, Almaniya, Ukrayna, Macarıstan və başqa ölkələrin yığmaları da qatılıb.

Xəbər 908 dəfə oxundu.