“Azərbaycanda düzgün futbol oynayan üç komanda var”
“Mən həmişə deyirəm, Azərbaycanda düzgün futbol oynayan üç komanda var: “Neftçi”, “Qarabağ” və “İnter”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. O, Unibank Premyer Liqasının XXX turunda bu gün “Qarabağ” üzərində qazandıqları 2:1 hesablı əzmkar qələbədən sonra mətbuat konfransında bunları deyib: “Çox yaxşı oyun oldu. Neçə vaxtdır susan Rəşad da kükrədi. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzu edirəm. Hər iki penalti düzgün verilmişdi”.

Xəbər 994 dəfə oxundu.