Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun rəmzi komandası müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun rəmzi komandası müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən, simvolik komandada “Qarabağ”dan dörd, “Keşlə” və “Neftçi”dən üç, “Sumqayıt”dan isə bir futbolçu var.

Həmçinin rəmzi komandada Mehdi Cənnətov (“Sumqayıt”), Slavik Alxasov (“Keşlə”), Edvinas Girdvainis (“Keşlə”), Tərlan Quliyev (“Keşlə”), Maksim Medvedev (“Qarabağ”), Baqali Dabo (“Neftçi”), Filip Ozobiç (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Dani Kintana (“Qarabağ”), Canluka Sansone (“Neftçi”) və Araz Abdullayev də (“Qarabağ”) yer alıblar.


Xəbər 795 dəfə oxundu.