Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər
Azərbaycan millisinin və Ağdamın “Qarabağ” klubunun hücumçusu Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər.

21 yaşlı futbolçu AEK klubunun maraq dairəsindədir.

Afina təmsilçisi qış transfer pəncərəsində futbolçunu heyətinə qatmaq istəsə də, tərəflər arasında müqavilə imzalanmayıb. Transferin yayda gerçəkləşəcəyi gözlənilir.

Xəbər 836 dəfə oxundu.