La Liqanın ən yaxşı transferi – Arda Turan
«Qalatasaray»dan mövsümün əvvəlində 13 milyon avro müqabilində «Atletiko»ya keçmiş Arda Turan son həftələrdə Madrid klubunda nəzərəçarpan oyunu ilə ispan mediasının diqqətini cəlb edib. İdman.com.az saytının məlumatına görə, bu Pireney ölkəsinin apracı idman saytlarından olan «Mercafutbol» türk futbolçunu La Liqada mövsümün ən yaxşı transferi hesab edir. Bu barədə gedən xəbərdə Arda Turan barədə «Mövsümün ən qazanclı investisiyası» ifadəsi işlədilib.

Klubda 8 aydan sonra özünü tam təsdiqləyən Arda baş məşqçi Dieqo Simeonenin əsas etibar etdiyi və oyunçularından biri oldu. Onun barədə ispan saytı «Bu mövsüm oynadığı 40-dan çox matçla Falkao, Adrian, Salvio, Qabi və Luis Filipe kimi oyunçuları geridə qoydu" ifadələrini yazıb. Arda Turanın bu mövsüm 5 qol vurub və daha 9 dəfə asistentlik etdiyini vurğulayan «Mercafutbol» «Arda «Atletiko» üçün çox əhəmiyyətli xallar qazandırdı. Qısası «Atletiko» 25 yaşında olan çox dəyərli bir yarımmüdafiəçini qazanmış oldu» şərhini verib.

Xəbər 999 dəfə oxundu.