Voleybolçumuzun çıxış etdiyi “Alba” komandası CEV kuboku yarışlarının finalına yüksəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yekaterina Jidkovanın çıxış etdiyi Rumıniyanın “Alba” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının finalına yüksəlib.

Turnirin yarımfinal mərhələsinin cavab oyununda “Alba” digər Rumıniya təmsilçisi “Ştinta” ilə qarşılaşıb. Görüş “Alba”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında təşkil olunan ilk oyunda da “Alba” 3:0 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə görə, “Alba” komandası CEV kuboku yarışlarının finalına yüksəlib.

Həlledici görüşdə Y.Jidkovanın komandası İtaliyanın “Yamamay” klubu ilə qarşılaşacaq. İlk görüşün martın 19-da Rumıniyada, cavab qarşılaşmasının isə 1 həftə sonra İtaliyada təşkil olunması gözlənilir.

Xəbər 830 dəfə oxundu.