U-23 Avropa çempionatında ölkəmizi doqquz sərbəst güləşçi təmsil edəcək
Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Martın 8-dən 10-dək qitə birinciliyində sərbəst güləşçilər mübarizə aparacaqlar.

Yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Şamil Zubairov (92 kq), Əliməhəmməd Alixmayev (97 kq) və İslam Abuyev (125 kq) təmsil edəcəklər.

Qeyd edək ki, Avropa çempionatında birinci dərəcəli beynəlxalq hakim Elman İsmayılov ədaləti qoruyur.

Xəbər 778 dəfə oxundu.