Topaz Premyer Liqasının XX turunun oyunlarına hakim təyinatları açıqlanıb
Topaz Premyer Liqasının XX turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Martın 9-da “ASK Arena” stadionunda “Keşlə”–“Sabah” qarşılaşmasını hakim Rəhim Həsənov idarə edəcək.

Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”–“Zirə” görüşünün əsas hakimi Rauf Cabbarov olacaq.

Martın 10-da Qəbələ şəhər stadionunda oynanılacaq “Qəbələ”–“Səbail” matçına əsas referi İnqilab Məmmədov təyin olunub.

Turun sonuncu görüşündə - “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”- “Neftçi” oyununda baş hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Keşlə”–“Sabah” oyunu saat 16:00-da, “Qarabağ”–“Zirə” görüşü saat 18:30-da, “Qəbələ”–“Səbail” qarşılaşması 14:00-da, “Sumqayıt”- “Neftçi” matçı isə saat 16:30-da başlayacaq.

On doqquz turdan sonra turnir cədvəlində “ikihakimiyyətlilik” yaranıb. Aktivlərində 41 xal olan “Neftçi” və “Qarabağ” turnir cədvəlində birinci-ikinci yerləri bölüşürlər. “Səbail” klubu 31 xalla üçüncü, 25 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (21), “Zirə” (18), “Keşlə” (16) və “Sumqayıt” (16) yer alırlar.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

Xəbər 832 dəfə oxundu.