Xocavənddə voleybol üzrə rayon birinciliyi keçirilib
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki 320 ailəlik qəsəbədə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə voleybol üzrə Xocavənd rayon birinciliyi keçirilib.

Yarışda 8 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Tuğ kənd komandası birinci, Axullu kənd komandası ikinci, Əmralılar komandası isə üçüncü yeri tutub.

Birinciliyin qalibləri diplomlarla təltif olunub.

Xəbər 709 dəfə oxundu.