DİN İdman Cəmiyyətinin yeniyetmə boksçuları Azərbaycan birinciliyində fərqləniblər
Boks üzrə 50-yə yaxın komandadan 268 idmançının mübarizə apardığı yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində Daxili İşlər Nazirliyi (DİN) İdman Cəmiyyətinin idmançıları fərqləniblər.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, birincilikdə DİN İdman Cəmiyyətinin komandası ümumi hesabda üçüncü yeri tutub. Komandanın çalışdırıcısı, Əməkdar məşqçi Yadigar Məmmədovun yetirmələri Əsəd Ağayev, Rəmiş Cəfərov və Səfər Heydərli qızıl, Rəvan Quliyev gümüş, Hüseyn İsazadə, Cavidan Şahbazbəyli, Xalid Məmmədov və Cavid Qurbanov isə bürünc medallar qazanıblar.

Yarışla bağlı təəssüratlarını bölüşən Y.Məmmədov bildirib ki, qaliblər sırasında yer tutan idmançıların həm fiziki, həm də texniki bacarıqları onların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə inam yaradır.

Xəbər 904 dəfə oxundu.