Hokkeyçilərimiz 3-cü matçda da böyük hesabla qalib gəldi
Yaponiyanın Kakamigahara şəhərində qadın otüstü hokkeyçilər arasında keçirilən dünya olimpiya təsnifat yarışı davam edir. İdman.com.az saytının məlumatına görə, bu gün 3-cü turun matçları baş tutub. İlk 2 görüşdə böyük hesabla qalib gələn Azərbaycan milli kollektivi yenə sevinən tərəf olub. Avstriya seçməsi ilə qarşılaşan Adil Paşayevin komandası rəqibinin qapsından 5 cavabsız top keçirib.

Günün digər oyununda lider Yaponiya Çili yığmasının müqavimətini qıra bilməyib (0:0).
Belarus – Malayziya matçı hələ başlamayıb.

Millimiz London Yay Olimpiya Oyunlarına vəsiqə qazanması üçün yarışı qalib bitirməlidir. İlk mərhələdə isə, qadın hokkeyçildərimiz qrupda ilk 2 yerdən birini tutmalıdır.

O Q H M T X
1.Azərbaycan 3 3 0 0 12-0 6
2.Yaponiya 3 2 1 0 15-0 7
3.Çili 3 1 1 1 4-3 4
4.Belarus 2 1 0 1 3-4 3
5. Malayziya 2 0 0 2 0-12 0
6.Avstriya 3 0 0 3 0-15 0

Xəbər 1160 dəfə oxundu.