Astaralı idmançılardan növbəti qələbə
Fevralın 25-dən martın 2-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vahid Təqvim Planına uyğun olaraq Bakı şəhərində Azərbaycan Boks Federasiyasının İdman Kompleksində boks idman növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.

Azsport.az saytı xəbər verir ki, astaralı idmançılar birincilikdə qələbə qazanıblar. Gərgin keçən mübarizənin sonunda 48 kiloqram çəki dərəcəsində Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin şagirdi Zaur Qəhrəmanov və Səyədulla Nəsirov (66kq) birinci, Mirzağa Hüseynli (46 kq) isə üçüncü yerə layiq görülüblər. Qaliblər diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, idmançıları yarışa boks idman növü üzrə məşqçi-müəllim Nurlan Məmmədov hazırlayıb.

Xəbər 817 dəfə oxundu.