23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb
Martın 4-də Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

Qitə birinciliyinin ilk günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Ziyad Zeynalov (55 kq) gürcüstanlı Nuqzari Tsurtsumia, Mikayıl Rəhmanov (63 kq) Türkiyə təmsilçisi Abdullah Toprak, Nəsir Həsənov (77 kq) bolqarıstanlı Zahari Rosenov Zaşev, Nəzərşah Fətullayev (87 kq) Aleksandr Georgiye Stepanetiç (İsveç) və Sərxan Məmmədov (130 kq) almaniyalı Frants Rixter ilə qarşılaşacaq.

Xəbər 754 dəfə oxundu.